21 iyun 2013 13:23
Avropa çempionlarımız coşqu ilə qarşılandılar (FOTOLAR)
Çernoqoriyanın Bar şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında komanda hesabında çempion olan Azərbaycan sərbəst güləş yığması Vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, Avropa çempionlarını Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.
Xatırladaq ki, Avropa çempionatında yeniyetmə sərbəst güləşçilərimiz 4 qızıl, 4 bürünc medal qazanaraq 75 xalla Avropa birincisi olub, ikinci yeri Rusiya (74 xal), üçüncü yeri isə Urkayna (61 xal) komandası tutub. (AGF)
