19 iyun 2013 12:55
Azərbaycan Güləş Federasiyası Netty-2013 mükafatına layiq görüldü
İyunun 18-də Beynəlxalq Muğam Mərkəzində NETTY 2013 Azərbaycan milli internet mükafatının təntənəli təqdimetmə mərasimi olub. Azerisport.az xəbər verir ki, virtual jüri və ekspert şurasının səsverməsi nəticəsində 16 nominasiya üzrə bu il ən yaxşı milli veb-saytları, layihələri və proqramları elan ediblər.
Azərbaycan Güləş Federasiyasının rəsmi internet səhifəsi "İdman" nominasiyasında Netty-2013 milli internet mükafatına layiq görülüb.
