3 iyun 2013 14:22
Millimiz Rusiyadan beş medalla qayıtdı
Dağıstanın Xebda rayonunda Suraqat Asyatilovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə yeniyetmələr arasında açıq Respublika turniri keçirilib. Azerisport.az xəbər verir ki, sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamız turnirdə iştirak edib və 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə 11 güləşçi yollanmışdı.
50 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Arif Hüseynovla Tofiq Sadıqlının mübarizəsindən isə Tofiq qalib ayrılıb. Beləliklə, Tofiq Sadıqlı qızıl, Arif Hüseynov gümüş medal qazanıb.
Digər qızıl medalları yığmamıza Ruslan Abdullayev (58 kq) və Murad Süleymanov (63 kq) qazandırıb. 42 kq çəkidə mübarizə aparan Fərrux Əliyev isə turniri üçüncü sırada tamamlayıb və bürünc medalla kifayətlənib.
