2 iyun 2013 14:36

Qadın güləşçilər Avstriyada 3 qızıl və 2 bürünc medal qazandı

Avstriyanın Getsiz şəhərində qadın güləşi üzrə XV Beynəlxalq Turnir başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən qadın güləşçilərimiz 3 qızıl və 2 bürünc medal qazanıb.
 
59 kq çəkidə mübarizə aparan təmsilçilərimizin hər ikisi medalçılar sırasında yer alıb. Yuliya Ratkeviç bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Güləşçimiz ardıcıl olaraq Finlandiya, ABŞ və Avstriyadan olan rəqiblərini məğlub edib. Finalda isə kanadalı Mişel Fazzarini üstələyib.
 
Bu çəkidə digər təmsilçimiz İrina Netreba isə bürünc medal qazanıb. İlk görüşdə kanadalı Mişel Fazzari ilə görüşdən məğlub ayrılsa da, daha sonra təsəlliverici görüşlərdə ABŞ və Fransadan olan rəqiblərini məğlub edərək bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə finlandiyalı Petra Ollini üstələyən İrina Netreba turniri üçüncü sırada tamamlayıb.
 
63 kq çəkidə Anna Belyayeva turnirin baş mükafatını qazanıb. Ardıcıl olaraq ABŞ, İsveç, finalda isə kanadalı Daniel Lappageni üstələyən güləşçimiz qızıl medala sahib olub.
 
67 kq çəki dərəcəsində təmsilçimiz Nataliya Palamarçuk Avstriya, Böyük Britaniya, finalda isə ABŞ-dan olan rəqibi Julia Salatanı məğlub edib və turnirin qızıl medalını qazanıb. 
 
72 kq çəkidə Dina İvanova isə turniri üçüncü sırada, Şəfəq Muradzadə (48 kq) və Anjela Doroqan (51 kq) turniri beşinci sırada tamamlayıb.
 
Qeyd edək ki, komandamızın üzvləri iyunun 7-dək turnirdə iştirak edən yığma komandaların iştirakı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılacaq.
 
Baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında heyətdə Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan (51 kq), İrina Netreba (59 kq), Yuliya Ratkeviç (59 kq, ehtiyat), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Dina İvanova (72 kq) yer alıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.