2 iyun 2013 14:12

Yığmamız Türkiyədə 11 medal qazandı

Ankarada güləş üzrə gənclər arasında “Çempionlar” beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirdə ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandaları iştirak edir. 
 
Turnirin ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə 55, 74 və 120 kq, qadın güləşi üzrə 48, 59 və 67 kq çəkidə qaliblər müəyyənləşib. İkinci yarış günündə güləşçilərimiz ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
 
Yunan-Roma güləşi üzrə 55 kq çəkidə mübarizə aparan Sakit Quliyev finala qədər maneəsiz irəliləyib. Finalda yerli güləşçi Emrullah Beşkardeşlerə məğlub olan təmsilçimiz gümüş medala sahib olub.
 
Ən ağır çəkidə pəhləvanların mübarizəsində Abbas Abdullayev (120 kq) bürünc medal qazanıb.
 
Sərbəst güləşçilərin mübarizəsində 74 kq çəkidə təmsilçimiz Bəxtiyar İsrafilli turniri üçüncü sırada tamamlayıb.
 
Gənc qızların yarışında isə təmsilçilərimizin hər üçü finala yüksəlib. Finalda hər üç təmsilçimizin rəqibi yerli güləşçilər olub.
 
48 kq çəkidə Kəmalə Əliyeva Büşra Kengeri, 67kq çəkidə Raqnetta Qurbanzadə isə Gülşah Geni məğlub edib və turnirin baş mükafatına sahib olub. 59 kq-da Alyona Kolesnik isə rəqibinə uduzub və gümüş medalla kifayətlənib.
 
Xatırladaq ki, ilk gün sərbəst və yunan-Roma güləşi üzrə 50, 66 və 96 kq, qadın güləşi üzrə 44 və 55 kq çəkidə qaliblər müəyyənləşmişdi. İlk yarış gününü güləşçilərimiz ümumilikdə 2 qızıl və 3 bürünc medalla başa vurub.
 
66 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçimiz Ruhin Mikayılov bütün rəqiblərindən üstün olub və finala yüksəlib. Finalda o yerli güləşçi Volkan Çakılı məğlub edərək turnirin qızıl medalını qazanıb.
 
Yunan-Roma güləşi üzrə 50 kq çəkidə təmsilçimiz Cabbar Yusifli isə bürünc medal qazanıb.
 
Sərbəst güləş yarışlarında 66 kq çəkidə Hacımurad Ömərov bürünc medal qazanıb.
 
Gənc qızların mübarizəsində güləşçilərimiz ilk günü 1 qızıl və 1 bürünc medalla başa vurub. 55 kq-da Yarina Dubovska finala qədər maneəsiz irəliləyib. Finalda isveçli Emma Karlsonu da məğlub edib və qızıl medal qazanıb. 44 kq çəkidə yarışan Sahilə Ələkbərova turniri üçüncü sırada tamamlayıb.
 
Yarışın son günündə isə sərbəst və yunan-Roma güləşi üzrə 60 və 84 kq, qadın güləşi üzrə 51, 63 və 72 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.