29 may 2013 12:38

Yığmamızın Türkiyəyə gedəcək heyəti açıqlandı

31 may – 2 iyun tarixlərində Ankarada güləş üzrə gənclər arasında “Çempionlar” beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandaları iştirak edəcək.
 
Gənc qızlardan ibarət komandamız məşqçilər Arif Fərmanov və Siracuddin Eldarovun rəhbərliyi altında 9 güləşçi ilə təmsil olunacaq. Heyətdə Sahilə Ələkbərova (44 kq), Kəmalə Əliyeva, Arzu Əliyeva (hər ikisi 48 kq), Almaz İsmayılova, Yarina Dubovska (hər ikisi 55 kq), Alyona Kolesnik (59 kq), Darya Korin (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb.
 
Gənc sərbəst güləşçilərimiz böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirdə iştirak edəcək. Məşqçilər korpusunun rəyinə əsasən, yığmamızı bu turnirdə Ruslan Qasımov (50 kq), Ruslan Surxayev, Mircəlal Həsənzadə (hər ikisi 55 kq), Nurlan Hacıyev (60 kq), Hacımurad Ömərov, Ənvərbəy Dalqatov (hər ikisi 66 kq), Kamran Yunusov, Bəxtiyar İsrafilli (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov, Mircəfər Murtuzlu (hər ikisi 84 kq), Hacı Şərifov, Səid Həmidov (hər ikisi 96 kq) və Əli Maqomedabirov (120 kq) təmsil edəcək.
 
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komanda böyük məşqçi Şaban Donat və məşqçi Akif Əliyevin başçılığı altında turnirdə iştirak edəcək. Heyətdə Cabbar Yusifli (50 kq), Sakit Quliyev, Murad Məmmədov (hər ikisi 55 kq), Kərim Cəfərov, Murad Bazarov (hər ikisi 60 kq), Ruhin Mikayılov, Rövşən Tağıyev (hər ikisi 66 kq), Ceyhun Əliyev (74 kq), Tural Daşdəmirov, Orxan Nuriyev (hər ikisi 84 kq), Türmən Eyyubov (96 kq) və Abbas Abdullayev (120 kq) yer alıb.
 
Turnirin proqramına əsasən, ilk gün sərbəst və yunan-Roma güləşi üzrə 50, 66 və 96 kq, qadın güləşi üzrə 44 və 55 kq, ikinci gün sərbəst və yunan-Roma güləşi üzrə 55, 74 və 120 kq, qadın güləşi üzrə 48, 59 və 67 kq çəkidə, son gündə isə sərbəst və yunan-Roma güləşi üzrə 60 və 84 kq, qadın güləşi üzrə 51, 63 və 72 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
 
Turniri www.tgfwebtv.com ünvanından canlı izləmək mümkün olacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.