27 may 2013 12:35
Millimiz İrandan 1 gümüş və 1 bürünc medalla döndü
23-24 may 2013-cü il tarixdə İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə "Yadigar İmam Kuboku" beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, yığma komandanın üzvləri turniri 1 gümüş və 1 bürünc medalla başa vurub.
Turnirdə iştirak edən güləşçilərimizdən Azad Əliyev (66 kq) gümüş, Teymur Umarov (74 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü olublar.
