23 may 2013 12:51

Millimiz Avropa çempionatına İsmayıllıda hazırlaşacaq

Sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət yığma komanda 2013-cü il üçün nəzərdə tutulan təqvim planına əsasən, 18-23 iyun 2013-cü il tarixdə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Azerisport.az xəbər verir ki, çempionata hazırlıq məqsədilə, yığma komandanın üzvləri üçün, 27 may-3 iyun tarixlərində İsmayıllı Olimpiya İdman Kompleksində ümumi-fiziki hazırlıq və təlim-məşq toplanışı keçiriləcək.
 
TMT-da böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın rəhbərliyi altında 12 güləşçi iştirak edəcək.
 
1.    Ülkər Babayeva              38 kq
2.    Türkan Nəsirova             43 kq
3.    Sona Tumarxanova         46 kq
4.    Gülcahan Hacıyeva         46 kq
5.    Sabina Həmzəlzadə         49 kq
6.    Şəbnəm Əhmədova         49 kq
7.    Leyla Orucova                52 kq
8.    Tatyana Varantsova        52 kq
9.    Ləman Qurbanova          56 kq
10.  Sahilə Ocaqverdiyeva     56 kq
11.  Rəhilə Quluzadə              60 kq
12.  Anita Kələntərova           65 kq
 
Xatırladaq ki, bir neçə gün öncə Antalyada keçirilən "Zəfər Kuboku" beynəlxalq turnirində iştirak edən yeniyetmə qızlar 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb və komanda hesabında turniri 3-cü sırada tamamlayıb. Qızıl medalları Ülkər Babayeva (38 kq), Sona Tumarxanova (46 kq) və Şəbnəm Əhmədova (49 kq) qazanarkən, Ləman Qurbanova (56 kq) gümüş medalla kifayətlənib. Türkan Nəsirova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Leyla Qurbanova və Tatyana Vorontsova (hər ikisi 52 kq) turniri bürünc medalla başa vurub.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.