19 may 2013 00:26
FİLA-nın yeni prezidenti seçildi
Moskvada Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyasının (FİLA) növbədənkənar konqresinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, Nenad Laloviç səs çoxluğu ilə FİLA-nın prezidenti seçilib.
Ümumilikdə 132 nümayəndə səs verib. Səslərdən 125-i lehinə, yeddisi isə əleyhinə olub.
Növbədənkənar konqresdən bir gün əvvəl FİLA-nın büro iclası başlanan kimi Rafael Martinetti beynəlxalq qurumun prezidentliyinə namizədliyini geri götürüb. FİLA-nın prezidenti vəzifəsini icra edən Nenad Laloviç yeganə namizəd olaraq qalıb.
Rafael Martinetti 2002-ci ildən 2013-cü il fevralın 16-da FİLA-nın növbədənkənar büro iclasında onun barəsində etimadsızlıq votumu çıxarılanadək FİLA-ya rəhbərlik etmişdi.
