14 may 2013 20:18
Yığmamız İrandan bir medalla qayıtdı
Mayın 9-10-da İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst güləş üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışa yollanan 3 idmançımızdan biri, 96 kq çəki dərəcəsində yarışan Roman Bəkirov turnirin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, turnirin görüşlərini idarə edən hakimlər arasında beynəlxalq dərəcəli referimiz Vüqar Şükürov da olub.
