5 may 2013 23:43
Naxçıvan Kubokunu ev sahibləri qazandı (FOTOLAR)
Naxçıvan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilir. Azerisport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan, Şərur, Özbəkistan və Rusiya komandaları "A" yarımqrupunda, Naxçıvan, Ukrayna, Gürcüstan və Türkiyə komandaları isə "B" yarımqrupunda mübarizə aparıb.
Mayın 4-də yarımqruplar üzrə görüşlər keçirilib. Görüşlərin nəticələri və qruplardakı vəziyyət aşağıdakı kimidir:
"A" yarımqrupu
AZƏRBAYCAN - ŞƏRUR 8:0
Özbəkistan - Rusiya 3:5
AZƏRBAYCAN - Özbəkistan 8:0
ŞƏRUR - Rusiya 2:6
AZƏRBAYCAN - Rusiya 8:0
ŞƏRUR - Özbəkistan 3:5
1. AZƏRBAYCAN
2. Rusiya
3. Özbəkistan
4. ŞƏRUR 24:0
"B" yarımqrupu
NAXÇIVAN - Ukrayna 8:0
Gürcüstan - Türkiyə 6:2
NAXÇIVAN - Gürcüstan 5:3
Ukrayna - Türkiyə 2:6
NAXÇIVAN - Türkiyə 3:5
Ukrayna - Gürcüstan 2:5
1. NAXÇIVAN
2. Gürcüstan
3. Türkiyə
4. Ukrayna
Beləliklə, öz yarımqruplarında birinci olmuş Azərbaycan və Naxçıvan komandaları bu gün finalda qarşılaşıblar. Gərgin keçən final qarşılaşmasında hesab 4:4 olsa da, ən ağır çəkidə təmiz qələbə ilə qalib gələn Naxçıvan komandası turniri birinci sırada tamamlayıb, Azərbaycan komandası ikinci, Gürcüstan güləşçiləri üçüncü olub.
7-ci yer uğrunda
ŞƏRUR - Ukrayna 0:8
5-ci yer uğrunda
Özbəkistan - Türkiyə 2:6
3-cü yer uğrunda
Rusiya - Gürcüstan 1:7
FİNAL
AZƏRBAYCAN - NAXÇIVAN 4:4
1. Naxçıvan
2. Azərbaycan
3. Gürcüstan
4. Rusiya
5. Türkiyə
6. Özbəkistan
7. Ukrayna
8. ŞƏRUR
