3 may 2013 17:08
Azərbaycan Özbəkistan və Rusiya ilə eyni qrupda
4-5 may 2013-cü il tarixdə Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, bu gün turnirin püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan, Şərur, Özbəkistan və Rusiya komandaları A yarımqrupunda, Naxçıvan, Urkayna, Gürcüstan və Türkiyə komandaları B yarımqrupunda mübarizə aparacaq.
Turnirin proqramına əsasən, mayın 4-də qrup görüşləri, mayın 5-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Yarımqruplarda ilk yeri tutan komandalar finalda qarşılaşacaq.
Turnirin rəsmi açılış mərasimi 4 may 2013-cü il, saat 10.00-da başlayacaq və İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.
İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
