22 aprel 2013 18:02
Saypulla Absaidov istefaya göndərildi
Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Saypulla Absaidov istefaya göndərilib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssisin postundan uzaqlaşdırıldığını Güləş Federasiyasından da təsdiqləyiblər.
Onun vəzifəsini müvəqqəti olaraq Maqomed Əliömərov yerinə yetirəcək. Ona bu işdə Firdovsi Umudov, David Xurtsiya və Semyon Çeterov kömək edəcək.
Absaidov isə bundan sonra yığmamızda baş məsləhətçi kimi fəaliyyət göstərəcək.
