22 aprel 2013 19:22
Türkiyə Güləş Federasiyasının rəsmiləri AGF-in qonağı oldu (FOTO)
Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, Türkiyə yığma komandasının rəhbərləri Ensar Kurt və Numan Ergin, həmçinin turnirin qızıl medalını qazanan Yusuf Can Zeybek (96 kq) və bürünc medal qazanan Yunus Emre Dede (120 kq) yola düşməzdən əvvəl Azərbaycan Güləş Federasiyasının qonağı olub.
Baş katib, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov və AGF kollektivi ilə görüşən qonaqlara Federasiyanın fəaliyyəti və əldə olunan nailiyyətlər barədə geniş məlumat verilib.
AGF kollektivini ziyarətdən məmnunluqlarını ifadə edən qonaqlar Bakıdan xoş təəssüratla ayrıldıqlarını bildiriblər.
