18 aprel 2013 12:33
Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnir başladı
Aprelin 18-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri də iştirak edirlər.
Turnirin proqramına əsasən, bu gün yunan-Roma güləşi üzrə yeniyetmələr, aprelin 19-da yunan-Roma güləşi üzrə gənclər, 20-də sərbəst güləş üzrə yeniyetmələr, 21-də isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaqlar.
Qaliblər AGF tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.
