18 aprel 2013 19:29

İlk gündə 6 qızıl, 6 gümüş və 7 bürünc medal!

Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb. Azerisport.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmə güləşçilər mübarizəyə qoşulub.
 
Final qarşılaşmalarından öncə turnirin rəsmi açılış mərasimi keçirilib. Turnirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Bu gün açılış mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.
 
Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov yarışın ənənəvi xarakter daşıdığını, FİLA təqvimində yer alan turnirin əhəmiyyətini yüksək vurğulayıb. Pəhləvanlarımızın qazandıqları nailiyyətlərdən danışan natiq idmanın bu növünün respublikamızda inkişafda olduğunu diqqətə çatdırıb.
 
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir konsert proqramı ilə davam edib.
 
Qalib və mükafatçılar AGF tərəfindən medal, diplom və pul mükafatı ilə mükafatlandırılıb.
 
42 kq
1. Kənan Cəfərov
2. Nugzari Tsurtsumia GEO
3. Nofəl Babayev
3. Zəlimxan Usmanov KAZ
 
63 kq
1. Sənan Əlimirzəyev
2. Tərlan Süleymanov
3. Sukliko Vaxtanqadze GEO
3. Nurganat Nuraxmetov KAZ

46 kq
1. Azamat Bisengaliyev KAZ
2. Namaz Rüstəmov
3. Alişer Tuleganov KAZ
3. İsmayıl Həsənli
 
69 kq
1. Giorgi Melia GEO
2. Mehrac Kərimov
3. Yevgeni Polivadov KAZ
3. Nicat Abdullazadə
 
50 kq
1. Mikayıl Rəhmanov
2. Davit Çxartişvili GEO
3. Xancavad Məcidzadə
3. Aidos Sultangali KAZ
 
76 kq
1. İslam Abbasov
2. Nukri Şavadze GEO
3. İrakli Tarxnişvili GEO
3. Elton Vəzirzadə
 
54 kq
1. Mirat Kuandyk KAZ
2. Hüseyn Mansurov
3. İuri Lomadze GEO
3. Yelnur Mukametjan KAZ
 
85 kq
1. Soslan Fanziyev
2. Giga Kokoladze GEO
3. İsmixan Məmmədov KAZ
3. Şota Tsarlugelaşvili GEO
 
58 kq
1. Zubair Dibirov
2. Zahid Ələkbərzadə
3. Giorgi Gujabidze GEO
3. Şamo Süleymanov

100 kq
1. Zviadi Pataridze GEO
2. Adambek Şidukov
3. Salavat Axmetkaliyev KAZ
3. Cavid Feyziyev

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.