24 mart 2013 19:45
Azərbaycan AÇ-ni yeddi medalla başa vurdu (YENİLƏNİB)
Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunan güləş üzrə Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, yarışların son günündə döşək üzərinə yunan-Roma güləşi üzrə 66, 74 və 84 kq çəki dərəcəsində idmançılar çıxıb.
Son gün azərbaycanlı idmançı Həsən Əliyev (66 kiloqram) üçün uğurlu olub. Gümüş medal uğrunda mübarizədə rusiyalı həmkarına uduzan pəhləvanımız bürünc medal uğrunda yarışda gürcü güləşçisi Manuçar Sxadayaya qalib gəlib. Yarışın iki hissəsi təqribən bərabər şəraitdə keçib. Gürcü azarkeşlər soydaşlarını gurultulu alqışlarla ruhlandırmağa çalışsalar da, üçüncü hissədə Həsən Əliyev güclü əks hücuma keçin və rəqibi üzərində inamlı qələbə qazanıb.
Təəssüf ki, 74 kq-da mübarizə aparan Rafiq Hüseynovla 84 kq-da yarışan Saman Təhmasibi uğur qazana bilməyib.
