23 mart 2013 19:40
Elçin Əliyevdən gümüş, Kamran Məmmədovdan bürünc medal
Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, yarışların beşinci günündə döşək üzərinə yunan-Roma güləşi üzrə 55, 60, 96 və 120 kq çəki dərəcəsində idmançılar çıxıb.
55 kq
1/8 final - Elçin Əliyev - Kristian Qazdaq (SRB) (4:0, 5:0)
1/4 final - Elçin Əliyev - Fatih Üçüncü (TUR) (1:0, 2:0)
1/2 final - Elçin Əliyev - Viktor Çiobanu (MDA) (1:0, 0:6, 6:0)
FİNAL - Elbek Tajiyev (BLR) - Elçin Əliyev (0:1, 1:0, 4:0)
Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Elçin Əliyev Avropa çempionatının final mərhələsinə yüksəlib. Finala qədər o, Serbiya, Türkiyə və Moldovadan olan rəqiblərinə qalib gəlib. Finalda güləşçimizin rəqibi belaruslu Elbek Tajiyev olub. Ancaq güləşçimiz bu görüşdə istəyinə nail ola bilməyib. Üçüncü dəfə Avropa çempionu olmaq istəyən Elçin Əliyev bu dəfə çempionatı gümüş medalla tamamlayıb.
60 kq
1/8 final - Kamran Məmmədov - Donior İslamov (MDA) (1:0, 2:0)
1/4 final - İvo Serafimov Angelov (BUL) - Kamran Məmmədov (1:0, 2:1)
Təsəlliverici görüş - Lorenzo Gentile (ITA) - Kamran Məmmədov (0:6, 0:1)
Bürünc medal görüşü - Kamran Məmmədov - Maksim Xazarski (BLR) (1:0, 2:0)
İlk görüşünü qələbə ilə başa vuran Kamran Məmmədov ikinci görüşdə bolqar güləşçiyə uduzub. Ancaq bolqar güləşçinin finala yüksəlməsi Kamran Məmmədova bürünc medal qazanmaq şansı verib. Təsəlliverici görüşdə italyan rəqibini tam üstünlüklə məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşdə belarus Maksim Xazarski ilə qaşılaşıb. Rəqibinə heç bir şans verməyən Kamran Məmmədov Avropa çempionatının bürünc medalına sahib olub.
96 kq
1/16 final - Marius Hamlet Nielsen (NOR) - Şalva Qadabadze (0:1, 1:3)
1/8 final - Daiqar Timoncini (ITA) - Şalva Qadabadze (0:1, 0:5)
1/4 final - Alin Aleksuc-Ciarariu (ROU) - Şalva Qadabadze (0:1, 0:3)
1/2 final - Şalva Qadabadze - Artur Aleksanyan (ARM) (0:1, 0:3)
Bürünc medal görüşü - Cenk İldem (TUR) - Şalva Qadabadze (0:1, 1:0, 1:0)
Yarımfinal görüşünə qədər maneəsiz irəliləyən Şalva Qadabadze ardıcıl olaraq Norveç, İtaliya və Rumıniyadan olan güləşçiləri məğlub edib. Yarımfinal görüşündə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Rəqib Türkiyəli Cenk İldemlə görüş təmsilçimiz üçün uğurlu alınmayıb, güləşçimiz beşinci olub.
120 kq
1/8 final - Radomir Petkoviç - Rza Kayaalp (TUR) (0:1, 0:2)
Təsəlliverici görüş - Radomir Petkoviç - Jozef Çuqoşvili (BLR) (0:1, 0:1)
Ağır çəkidə təmsilçimiz ilk görüşündə Türkiyəli Rza Kayaalpa məğlub olsa da, rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə qatılmaq imkanı verib. Ancaq güləşçimiz bu şansı dəyərləndirə bilməyib.
