21 mart 2013 20:40
Cәmalәddin Mәhәmmәdov da bürünc medal qazandı
Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə döşək üzərində sərbəst güləş üzrə 74 və 120 kq, qadın güləşi üzrə isə 55 və 67 kq çəki dərəcəsində idmançılar çıxıb.
Təəssüf ki, Aleksandr Qostiyev, Yarina Dubovska və Nataliya Palamarçuk heç bir uğur qazana bilməyib. Cəmaləddin Məhəmmədov isə bürünc medal qazanmaqla Azərbaycan yığmasına AÇ-də sayca üçüncü medalı qazandırıb.
74 kq
1/16 final - Leonid Anatolievich Bazan (BUL) - Aleksandr Qostiyev (2:0, 0:1, 1:0)
120 kq
1/8 final - Cəmaləddin Məhəmmədov - Taha Akgül (TUR) (0:2, 0:2)
Tәsәlliverici görüş - Cәmalәddin Mәhәmmәdov - Dimitar Kumchev (BUL) (2:0, 4:0)
Bürünc medal görüşü - Cәmalәddin Mәhәmmәdov - Daniel Lijeti (HUN) (2:0, 6:1)
55 kq
1/8 final - Yarina Dubovska - Kataryna Kravçik (POL) (0:2, 0:1)
67 kq
1/8 final - Nataliya Palamarçuk - Daria Urszula Osoçka (POL) (0:5, 2:2)
