19 mart 2013 18:43
Azərbaycana AÇ-də ilk medalı Baqomedova qazandırdı
Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, ilk yarış günündə döşək üzərinə çıxan sərbəst güləş üzrə 66 kq və 96 kq, qadın güləşində isə 48 kq çəki dərəcəsində güclülər müəyyənləşib.
66 kq
1/16 final - Məhəmməd Müslümov - Angelo Costa (ITA) (4:0, 6:0)
1/8 final - Rafal Statkieviç (POL) - Məhəmməd Müslümov (1:4, 0:2)
1/4 final - İlyas Bekbulatov (RUS) - Məhəmməd Müslümov (0:4, 1:0, 2:0)
İlyas Bekbulatov yarımfinalda Türkiyə güləşçisi ilə görüşdən məğlub ayrılıb. Bununla da Məhəmməd Müslümovun bürünc medal yolu bağlanıb.
96 kq
1/16 final - Xetaq Qazyumov - Muren Fikret Mutlu (TUR) (1:0, 3:0)
1/8 final - William Harth (GER) - Xetaq Qazyumov (1:4, 0:3)
1/4 final - Vladislav Baytsaev (RUS) - Xetaq Qazyumov (0:1, 1:0, 2:2)
Rusiya təmsilçisi yarımfinalda Polşa güləşçisinə məğlub olub və Xetaq Qazyumov bürünc medal qazanmaq şansını da əldən verib.
48 kq
1/8 final - Patimat Baqomedova - Elitsa Atanasova Yankova (BUL) (2:0, 2:0)
1/4 final - Mariya Livaç (UKR) - Patimat Baqomedova (təmiz qələbə)
1/2 final - Yana Stadnik (GBR) - Patimat Baqomedova (1:0, 1:0)
Bürünc medal görüşü - Patimat Baqomedova - Anna Lukasiak (POL) (4:0, 1:0)
Bürünc medal uğrunda görüşdə tam üstünlüklə qələbə əldə edən Patimat Baqomedova yığma komandamıza Avropa çempionatında ilk medalı qazandırıb.
