6 mart 2013 11:46

Azad Rəhimov: Bakıdakı Avropa Olimpiya Oyunlarının siyahısında güləş mütləq olacaq

Güləş idman növü birmənalı olaraq Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının siyahısına salınacaq. Azerisport.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
 
Nazir qeyd edib ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası güləşin oyunların proqramında yer almasına heç vaxt etiraz etməyib. Avropa Olimpiya Oyunlarında idman növlərinin müəyyənləşdirilməsi məsələsinə toxunan nazir bunun üçün hələ mart ayının axırına qədər vaxt olduğunu deyib.
 
Rəhimov qeyd edib ki, bu gün proqramda 19-a qədər olimpiya idman növü var, həmçinin 7-ə qədər qeyri-olimpiya idman növü var ki, onlardan iki idman növü seçiləcək.
 
"Danışıqlar aparılır və ən vacib nəticə odur ki, 20 ildən çox idi ki, Avropa Olimpiya Oyunları layihədə idi, Avropa Olimpiya Komitəsi 20 ildən çox idi ki, bu oyunları keçirtmək niyyətində idi, ancaq deyə bilərik ki, bu gün biz bunu edə bildik. Buna böyük maraq var, Avropa idman ictimaiyyəti arasında bununla bağlı müsbət fikir mövcuddur. Biz deyə bilərik ki, bu işə çox uğurla başlamışıq və inanırıq ki, Avropa Olimpiya Oyunları Azərbaycanda çox uğurla keçiriləcək", - Rəhimov deyib.
 
Nazirin fikrincə, son illər dünyada basketbolun 3X3 adlanan növünə böyük maraq yaranıb. Bu növün də oyunların proqramında yer almasına müsbət rəy verilib.
 
O, həmçinin qeyd edib ki, böyük basketbolun isə proqrama salınması üçün hazırda danışıqlar aparılır.
 
Qeyd edək ki, bu gün İdman Günü münasibətilə Azərbaycan Gənclər və İdman Nazirliyinin kollektivi, o cümlədən Azərbaycanın beynəlxalq turnirlərdə qələbə qazanmış bir çox idmançıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və əklillər qoyublar. Daha sonra görkəmli oftamoloq alim Zərifə Əliyevanın xatirəsini də ehtiramla yad ediblər.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.