Nəzəryan ac qaldı
İkiqat Olimpiya, üçqat dünya və altıqat Avropa çempionu Armen Nəzəryan BOK-un İcraiyyə komitəsinin qərarına etiraz əlaməti olaraq aclıq aksiyası elan edib. Xatırladaq ki, qərarda güləş mübarizəsinin Olimpiada-2020-nin proqramına daxil edilməməsinə dair tövsiyə əksini tapıb.
"Mən aclıq elan etməklə BOK-un Icraiyyə komitəsinin tövsiyə qərarına etiraz əlamətimi bildirirəm. Güləş həmişə Olimpiya proqramında olub və bunu xaric etmək düzgün deyil. Mən aclığa başlayıram və ancaq sirop içəcəyəm. Aclıq aksiyasına Bolqarıstan sərbəst güləş yığmasının baş məşqçisi də qoşulacaq. Aclıq aksiyamı martın 22-də Tiflisdə başlayacaq güləş üzrə Avropa çempionatına qədər bitirəcəyəm. Ümid edirəm ki, mənim addımım BOK-u öz qərarına yenidən baxmağa vadar edəcək. Güləşçilər BOK-un tövsiyə qərarlarına qarşı etiraza çalışırlar. Məsələn Bolqarıstan güləş federasiyasının prezidenti Valentin Yordanov öz qızıl Olimpiya medalından imtina edib”, deyə Nəzəryan bildirib.
