21 fevral 2013 12:59

“Azərbaycan bu yarışları yüksək səviyyədə təşkil etmək əzmindədi”

Avropa Olimpiya Komitəsi hazırda 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının proqramının və bu proqrama daxil ediləcək idman növlərinin siyahısının hazırlanması davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan idman ictimaiyyəti milli idman növü olan güləşin bu Oyunlarda təmsil olunacağını səbirsizliklə gözləyir.
 
Oyunlara hazırlıq prosesinin gedişatı ilə bağlı Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov bildirib ki, bu məsələdə Azərbaycan Güləş Federasiyasının mövqeyi FİLA-nın mövqeyi ilə eynidir.
 
“Beynəlxalq Güləş Federasiyası - FİLA-nın sabiq prezidenti Rafael Martinetti hələ 10 dekabr 2012-ci il tarixli məktubunda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkeyə FİLA-nın rəsmi mövqeyini bildirmişdir. Bu mövqe isə ondan ibarətdir ki, FİLA 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının hazırlanmaqda olan proqramında güləşin 3 növ üzrə, hər biri 7 çəki dərəcəsində təmsil olunmasına razıdır. Azərbaycan Güləş Federasiyası bu mövqe ilə eyni fikirdədir və güləşin Oyunların proqramına salınacağı təqdirdə yarışların yüksək səviyyədə təşkili üçün maksimum səy göstərəcək. Azərbaycanın güləş  yığmasının hər bir üzvü Birinci Avropa Oyunlarında yüksək əyarlı medallar qazanmaqla ölkəmizin bayrağını yüksəklərə ucaltmağa və öz qələbələri ilə xalqımızı sevindirməyə çalışacaq”.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.