22 fevral 2013 00:57

Azərbaycan Qazaxıstan və Rusiyaya uduzdu, Türkiyə ilə dueli gözləyir

21-22 fevral 2013-cü il tarixdə sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir. Azerisport.az xəbər verir ki, sərbəst güləş yarışlarında Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edir.
 
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Rusiya, Türkiyə, Belarus və Qazaxıstanla birgə "A" yarımqrupunda, İran, Bolqarıstan, ABŞ, Yaponiya və Gürcüstan komandaları "B" yarımqrupunda mübarizə aparır. Qaydalara əsasən, yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.
 
Azərbaycan güləşçiləri ilk görüşünü Rusiya yığmasına qarşı keçirib. Görüş Rusiya təmsilçilərinin qələbəsi ilə başa çatıb. Yarımqrupun ikinci görüşündə Belarus güləşçiləri ilə qarşılaşan yığmamız gərgin keçən görüşdən 4:3 hesablı qalibiyyətlə ayrılıb. Komandamızın növbəti görüşü Qazaxıstan güləşçiləri ilə olub, ancaq bu dəfə də güləşçilərimiz rəqiblərindən üstün ola bilməyiblər. Yarımqrupda son görüş Türkiyə yığmasına qarşı keçiriləcək.
 
"A" yarımqrupu
 
AZƏRBAYCAN - RUSİYA 1:6
55 kq - Qalib Əliyev - Nariman İsrapilov (5:0, tuşe)
60 kq - Ağahüseyn Mustafayev - Aleksandr Boqomoev (0:1, 2:1, 1:3)
66 kq - Ruslan Dibirhacıyev - Soslan Ramonov (1:2, 1:0, 0:4)
74 kq - Əşrəf Əliyev - Kaxaber Xubejti (1:0, 2:3, 1:2)
84 kq - İlya Xamikoyev - Maqomed İbraqimov (0:2, 1:4)
96 kq - Aslanbek Alborov - Yuriy Belonovskiy (3:0, 0:1, 0:3)
120 kq - Əli İsayev - Feliks Tsarikayev (0:3, 0:3)
 
AZƏRBAYCAN - BELARUS  4:3
55 kq - Mahmud Məhəmmədov - Vladislav Andreyev (1:0, 1:0)
60 kq - Ağahüseyn Mustafayev - Sergey Yermakov (6:0, 3:0)
66 kq - Ruslan Dibirhacıyev - Aleksandr Kontoyev (1:0, 5:0)
74 kq - Əşrəf Əliyev - Ali Şabanov (0:2, 0:3)
84 kq - İlya Xamikoyev - Əmir Məhəmmədov (1:1, 1:4)
96 kq - Aslanbek Alborov - İvan Yankovski (0:3, 0:2)
120 kq - Aslan Dzebişov - Vadim Şvedov (1:0, 4:0)
 
QAZAXISTAN - AZƏRBAYCAN 5:2
55 kq - Şokan Çingizov - Qalib Əliyev
60 kq - Sayatbek Okassov - Ağahüseyn Mustafayev
66 kq - Dovran Junaqazıyev - Ruslan Dibirhacıyev
74 kq - Oljas Çingizbayev - Əşrəf Əliyev
84 kq - Semyon Semyonov - İlya Xamikoyev
96 kq - Əlixan Cumayev - Aslanbek Alborov
120 kq - Dövlət Şaranbay - Aslan Dzebişov
 
AZƏRBAYCAN - TÜRKİYƏ
Türkiyə - Belarus 3:4
Qazaxıstan - Rusiya 0:7
Türkiyə - Rusiya 3:4
Belarus - Rusiya 1:5
Türkiyə - Qazaxıstan 6:1
Belarus – Qazaxıstan

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.