20 fevral 2013 14:33
Azərbaycan 7-ci oldu
Yunan-Roma güləşi üzrə yığma komandamız İran İslam Respublikasının paytaxtı Tehran şəhərində böyüklər arasında Dünya Kubokundakı çıxışını başa vurub. Azerisport.az xəbər verir ki, yarışa Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarusiya, Qazaxstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan güləşçiləri də qatılıb.
Azərbaycan yığması Türkiyə, İran, Qazaxstan və Macarıstanla birgə B yarımqrupunda, Rusiya, Bolqarıstan, Belarus, Koreya və Ermənistan komandaları A yarımqrupunda mübarizə aparıb.
Millimiz ilk görüşdə Türkiyə ilə qarşılaşıb və 3:4 hesabı ilə yenilib. Yığmamızın üzvlərindən Eldəniz Əzizli, Taleh Məmmədov və Şalva Qadabadze rəqiblərinə qalib gəlsələr də, Rəsul Çunayev, Şamil Ertuqanov, Rafiq Hüseynov və Radomir Petkoviç məğlub olub.
Yığmamızın ikinci rəqibi İran olub. Bu görüş də komandamız üçün uğursuz alınıb. Belə ki, güləşçilərimizdən Rəsul Çunayev və Şalva Qadabadze qələbə qazandığı halda Eldəniz Əzizli, Sakit Cəlilov, Niyaməddin İbrahimov, Rafiq Hüseynov və Radomir Petkoviç məğlub olub.
Millimizin üçüncü rəqibi Macarıstan olub. Komandamız rəqibə heç bir şans verməyib – 7:0. Güləşçilərimizdən Eldəniz Əzizlinin rəqibi qarşılaşmaya çıxmayıb və ona 5:0 hesablı texniki qələbə verilib. Digər idmançılarımız – Taleh Məmmədov, Rəsul Çunayev, Şamil Ertuqanov, Rafiq Hüseynov, Saman Təhmasibi və Radomir Petkoviç isə rəqiblərindən üstün olub.
Azərbaycan növbəti görüşdə Qazaxıstana uduzub – 2:5. Təmsilçilərimizdən Eldəniz Əzizli və Şamil Ertuqanov qələbə qazanıb, Taleh Məmmədov, Rəsul Çunayev, Rafiq Hüseynov, Saman Təhmasibi və Radomir Petkoviç məğlubiyyətə üzülüb.
Beləliklə, millimiz B qrupunda 4-cü yeri tutub. Bununla da komandamız A yarımqrupunun dördüncüsü olan Belarusla 7-ci yer uğrunda görüşə çıxmaq imkanı qazanıb. Rəqibini 6:1 hesabı yenən millimiz Dünya Kubokunu 7-ci yerdə tamamlayıb. Komandamızın üzvlərində Eldəniz Əzizli, Taleh Məmmədov, Rəsul Çunayev, 84 kq – Aleksandr Kikinyov – Rafiq Hüseynov, Şalva Qadabadze və Radomir Petkoviç qalib gəlib, yalnız rəqibinə yenilib.
Qeyd edək ki, B qrupunun digər oyunlarında Türkiyə İrana uduzub (3:4), Macarıstan (7:0) və Qazaxstanı (6:1) udub, Qazaxstan isə Macarıstanı udaraq (4:3), İrana yenilib (1:6), İran son oyunda Macarıstanı yenib (7:0). Finalda Rusiya və İran qarşılacaq.
7-ci yer uğrunda
BELARUSİYA - AZƏRBAYCAN 1:6
55 kq - Elbek Tajiyev - Eldəniz Əzizli (0:1, 0:2)
60 kq - Maksim Kazarski - Taleh Məmmədov (0:1, 1:0, 0:1)
66 kq - Mixail Semyonov - Rəsul Çunayev (2:0, 0:4, 0:2)
74 kq - Aleksandr Dzemyanoviç - Niyaməddin İbrahimov (2:0, 1:3, 3:0)
84 kq - Aleksandr Kikinyov - Rafiq Hüseynov (0:1, 1:0, 0:1)
96 kq - Sergey Staradub - Şalva Qadabadze (1:2, 0:2)
120 kq - Kiril Xrişçanka - Radomir Petkoviç (0:1, 0:2)
"B" yarımqrupu
AZƏRBAYCAN - TÜRKİYƏ 3-4
55 kq - Eldəniz Əzizli - Fatih Üçüncü (3:0, 1:0)
60 kq - Taleh Məmmədov - Mevlut Arık (5:0, 1:0)
66 kq - Rəsul Çunayev - Yüksel Atakan (0:3, 0:1)
74 kq - Şamil Ertuqanov - Şeref Tüfeng (0:1, 0:4)
84 kq - Rafiq Hüseynov - Selçuk Cebi (0:1, 0:1)
96 kq - Şalva Qadabadze - Cenk İldem (1:0, 1:0)
120 kq - Radomir Petkoviç - Rza Kayaalp (0:1, 0:2)
AZƏRBAYCAN - İRAN 2:5
55 kq - Eldəniz Əzizli - Möhsün Hüseyn Hacı Pur (2:0, 0:2, 1:3)
60 kq - Sakit Cəlilov - Əbdülməhəmməd Papi (1:3, 0:1)
66 kq - Rəsul Çunayev - Əli İsmayıl Məhəmmədi (2:0, 0:2, 1:0)
74 kq - Niyaməddin İbrahimov - Fərşad Əlizadə Kalehkeşi (0:1, 0:4)
84 kq - Rafiq Hüseynov - Talib Nəriman Nemətpur (0:1, 1:0, 0:1)
96 kq - Şalva Qadabadze - Mehdi Əliyari (0:1, 1:0, 1:0)
120 kq - Radomir Petkoviç - Bəşir Əsgəri Babacanzadə Dərzi (0:1, 0:1)
MACARISTAN - AZƏRBAYCAN 0-7
55 kq - Güləşçi çıxmayıb - Eldəniz Əzizli (0:5)
60 kq - Mate Krasznai - Taleh Məmmədov (1:0, 7:0)
66 kq - Kriştian Jager - Rəsul Çunayev (0:1, 1:6)
74 kq - Balint Korpasi - Şamil Ertuqanov (0:1, 0:1)
84 kq - Viktor Lorincz - Rafiq Hüseynov (0:5, tuşe)
96 kq - Giorgi Rizmajer - Saman Təhmasibi (1:0, 0:2, 0:3)
120 kq - Balint Lam - Radomir Petkoviç (2:0, 0:2, 0:4)
QAZAXISTAN - AZƏRBAYCAN 5-2
55 kq - Janserik Şrsenbiyev - Eldəniz Əzizli (2:5, 0:7)
60 kq - Almat Kebispayev - Taleh Məmmədov (7:1, 6:0)
66 kq - Yerbol Koniratov - Rəsul Çunayev (0:6, 1:0, 2:0)
74 kq - Dosjan Kartikov - Şamil Ertuqanov (1:0, 0:1, 0:2)
84 kq - Alxazur Ozdiyev - Rafiq Hüseynov (4:0, 1:0)
96 kq - Yerulan İskakov - Saman Təhmasibi (5:0, 0:2, 2:0)
120 kq - Murmaxan Tinaliyev - Radomir Petkoviç (2:0, 1:0)
Türkiyə-İran 3:4
Qazaxıstan-Macarıstan 4:3
İran-Qazaxıstan 6:1
Macarıstan-Türkiyə 0:7
Qazaxıstan-Türkiyə 1:6
İran-Macarıstan 7:0
