20 fevral 2013 00:36
Azərbaycan Türkiyə və İran yığmalarına uduzdu, Macarıstanı darmadağın etdi
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir. Azerisport.az xəbər verir ki, Yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarusiya, Qazaxstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan güləşçiləri iştirak edir.
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Türkiyə, İran, Qazaxstan və Macarıstanla birgə "B" yarımqrupunda, Rusiya, Bolqarıstan, Belarusiya, Koreya və Ermənistan komandaları "A" yarımqrupunda mübarizə aparır.
Azərbaycan güləşçiləri ilk görüşünü Türkiyə yığmasına qarşı keçirib. Görüş güləşçilərimiz üçün uğurlu alınmayıb - 3:4. Daha sonra İran yığması ilə qarşılaşan komandamız bu dəfə də istədiyi nəticəni əldə edə bilməyib - 2:5. Komandamız yarımqrupda üçüncü görüşü Macarıstana qarşı keçirib və darmadağınla qalib gəlib.
"B" yarımqrupu
AZƏRBAYCAN - TÜRKİYƏ 3-4
55 kq - Eldəniz Əzizli - Fatih Üçüncü (3:0, 1:0)
60 kq - Taleh Məmmədov - Mevlut Arık (5:0, 1:0)
66 kq - Rəsul Çunayev - Yüksel Atakan (0:3, 0:1)
74 kq - Şamil Ertuqanov - Şeref Tüfeng (0:1, 0:4)
84 kq - Rafiq Hüseynov - Selçuk Cebi (0:1, 0:1)
96 kq - Şalva Qadabadze - Cenk İldem (1:0, 1:0)
120 kq - Radomir Petkoviç - Rza Kayaalp (0:1, 0:2)
AZƏRBAYCAN - İRAN 2:5
55 kq - Eldəniz Əzizli - Möhsün Hüseyn Hacı Pur (2:0, 0:2, 1:3)
60 kq - Sakit Cəlilov - Əbdülməhəmməd Papi (1:3, 0:1)
66 kq - Rəsul Çunayev - Əli İsmayıl Məhəmmədi (2:0, 0:2, 1:0)
74 kq - Niyaməddin İbrahimov - Fərşad Əlizadə Kalehkeşi (0:1, 0:4)
84 kq - Rafiq Hüseynov - Talib Nəriman Nemətpur (0:1, 1:0, 0:1)
96 kq - Şalva Qadabadze - Mehdi Əliyari (0:1, 1:0, 1:0)
120 kq - Radomir Petkoviç - Bəşir Əsgəri Babacanzadə Dərzi (0:1, 0:1)
MACARISTAN - AZƏRBAYCAN 0-7
55 kq - Güləşçi çıxmayıb - Eldəniz Əzizli (0:5)
60 kq - Mate Krasznai - Taleh Məmmədov (1:0, 7:0)
66 kq - Kriştian Jager - Rəsul Çunayev (0:1, 1:6)
74 kq - Balint Korpasi - Şamil Ertuqanov (0:1, 0:1)
84 kq - Viktor Lorincz - Rafiq Hüseynov (0:5, tuşe)
96 kq - Giorgi Rizmajer - Saman Təhmasibi (1:0, 0:2, 0:3)
120 kq - Balint Lam - Radomir Petkoviç (2:0, 0:2, 0:4)
QAZAXSTAN - AZƏRBAYCAN (20 fevralda keçiriləcək)
Türkiyə - İran 3:4
Qazaxıstan - Macarıstan 4:3
İran - Qazaxıstan 6:1
Macarıstan - Türkiyə 0:7
Qazaxıstan - Türkiyə 1:6
İran - Macarıstan
