19 fevral 2013 00:37
Azərbaycan Türkiyə və İranla eyni yarımqrupda!
19-20 fevral 2013-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək. Azerisport.az xəbər verir ki, Yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarusiya, Qazaxstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan güləşçiləri iştirak edəcək.
Artıq yarışın püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Türkiyə, İran, Qazaxstan və Macarıstanla birgə "B" yarımqrupunda, Rusiya, Bolqarıstan, Belarusiya, Koreya və Ermənistan komandaları "A" yarımqrupunda mübarizə aparacaq.
Azərbaycan güləşçiləri ilk görüşünü Türkiyə yığmasına qarşı keçirəcək. Görüşlər Bakı vaxtı ilə səhər saat 10.00-da başlayacaq.
