15 fevral 2013 15:23

Yığmamızın Dünya Kubokuna gedəcək heyəti

19-20 fevral 2013-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə, 21-22 fevral 2013-cü il tarixdə isə sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək. Azerisport.az xəbər verir ki, yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarus, Qazaxstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan güləşçiləri iştirak edəcək.
 
Azərbaycan yunan-Roma güləşi komandasının heyətində Eldəniz Əzizli (55 kq), Taleh Məmədov, Sakit Cəlilov (hər ikisi 60 kq), Rəsul Çunayev (66 kq), Şamil Ertuqanov, Niyaməddin İbrahimov (hər ikisi 74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze, Saman Təhmasibi (hər ikisi 96 kq) və Radomir Petkoviçin (120 kq) yer alması planlaşdırılıb. Güləşçilərimiz yarışda böyük məşqçi Nasir Burbaxış, məşqçilər Nezafet Dost Cəfər və Əsgər Musavinin rəhbərliyi altında iştirak edəcək.
 
Sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışında isə, Azərbaycan, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarusiya, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.
 
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Tehrana Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Ruslan Dibirhacıyev (66 kq), Əşrəf Əliyev (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli İsayev və Aslan Dzebişovun (hər ikisi 120 kq) yollanması planlaşdırılır.
 
Beynəlxalq dərəcəli hakim İntiqam Alıyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.
 
Yarışın proqramına əsasən, fevralın 18-də yunan-Roma güləşi üzrə, fevralın 20-də isə sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.