12 fevral 2013 16:18
Güləş olimpiya idman növləri arasından çıxarılır
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi güləşin 2020-ci ildən yay olimpiya oyunlarının proqramından çıxarılmasını təklif edib. Azerisport.az xəbər verir ki, bu haqda xarici informasiya agentlikləri məlumat yayıb.
Lakin güləşin konkret hansı növünün (yunan-Roma və ya sərbəst) olimpiadadan çıxarılması haqda xəbər verilməyib.
Qeyd edək ki, bu məsələylə bağlı yekun qərar MOK İcraiyyə Komitəsinin 2013-cü ilin mayında keçiriəcək iclasında qəbul ediləcək.
