12 fevral 2013 14:12
Azərbaycanlı hakim beynəlxalq turnirdə baş koordinator olacaq
1-2 mart 2013-cü il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirin baş koordinatoru AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov olacaq.
O, FİLA-nın nümayəndəsi kimi yarışların təşkilinə və gedişinə nəzarət edəcək.
Turnirdə ölkəmizin qadın güləşçilərdən ibarət yığma komandasının da iştirakı planlaşdırılır.
