11 fevral 2013 11:37

Yığmamız Ankaradan 1 qızıl, 1 gümüş və 3 bürünc medal qayıtdı

Türkiyənin Ankara şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 41-ci beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Saypulla Absaidov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında turnirdə iştirak edən yığma komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.
 
Yaşar Doğu turnirinin ilk günündə mübarizə aparan Məhəmməd Müslümov və Hacımurad Ömərov (hər ikisi 60 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) ilk görüşdə məğlub olub.
 
84 kq-da təmsilçimiz Məhəmmədhacı Xatiyev ilk görüşdə qələbə qazansa da, ikinci görüşdə İbrahim Bölükbaşı (TÜR) ilə görüşdən məğlub ayrılıb.
 
55 kq çəkidə mübarizə aparan Yaşar Əliyev ilk görüşünü qalib başa vurub. İkinci görüşdə Sezer Akgül (TÜR) ilə qarşılaşma həmyerlimiz üçün uğurlu olmayıb.
 
Lakin Yaşar Əliyev (55 kq) və Cəmaləddin Məhəmmədovun (120 kq) rəqibləri finala yüksəldiyindən güləşçilərimiz medal şanslarını saxlayıblar. Keçirdikləri bütün görüşləri qələbə ilə başa vuran güləşçilərimizin hər ikisi bürünc medal qazanıb.
 
Turnirin ikinci günündə mübarizəyə 4 güləşçimiz qoşulub. Onlardan Aleksandr Qostiyev (74 kq) və Xetaq Qazyumov (96 kq) finala qədər maneəsiz irəliləyiblər. Finalda da rəqibindən üstün olan Aleksandr Qostiyev qızıl medala sahib olub. Ancaq püşkatmayla rəqibinə yenilən Xetaq Qazyumov gümüş medalla kifayətlənib.
 
60 kq-da mübarizə aparan Hacı Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal görüşündə üz-üzə gəlib. Üstün olan Hacı Əliyev turnirin bürünc medalına sahib olub.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.