8 fevral 2013 14:55
Yığmamız Ukraynada üç medal qazandı
6-8 fevral 2013-cü il tarixdə Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, yığmamızın üzvləri turniri 3 bürünc medalla başa vurub.
Medal qazanan güləşçilərimiz Ülkər Babayeva (37 kq), Şəbnəm Əhmədova və Səbinə Həmzəzadə (hər ikisi 48 kq) olub.
Yığma komandanın üzvləri turnirdən öncə birgə təlim-məşq toplanışında olub. Məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynaya yollanan heyətdə 7 güləşçi yer alıb.
