29 yanvar 2013 13:11

Yığmamızın açıq məşqi (FOTOREPORTAJ)

Azərbaycan Güləş Mərkəzində qadın güləşi üzrə yığma komandanın açıq məşqi keçirilib. Azerisport.az xəbər verir ki, komandaya yeni təyin olunmuş baş məşqçi Yaqub Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
 
Əməkdar məşqçi Yaqub Məmmədov 2013-cü il üçün komandanın hədəfləri və qarşıdan gələn yarışlar haqqında məlumat verib.
 
“Qarşıda yığma komandanın iştirak edəcəyi iki beynəlxalq turnir var. Bolqarıstanda və Belarusiyada keçiriləcək turnirlərdən sonra yığma komandanın Avropa çempionatında iştirak edəcək heyətini müəyyənləşdirəcəyik. Yığma komanda ötən ilki Dünya çempionatında ilk səkkizlikdə yer ala bilmədiyindən bu il Dünya Kuboku yarışlarında iştirak etməyəcəyik. Komandaya yeniyetmələrin Dünya çempionatında fərqlənən gənc güləşçiləri də cəlb etmişik. Onlar öz güclərini göstərərək komandanın liderlərini əvəz edə bilərlər. İnanıram ki, komandada uzun müddətdir hazırlıq keçən Anna Belyayeva, Dina İvanova, Natalya Palamarçuk və digərləri öz güclərini göstərəcəklər. Mən istəyirəm ki, qızlar özlərinə inansınlar. Komandanın liderlərinin müvəqqəti yoxluğundan istifadə edib onlar yüksək nəticələr əldə edə bilərlər. Bizim əsas məqsədimiz ən azı ötən ilki nailiyyətləri təkrarlamaq və mümkün olduğu qədər nəticələri daha da artırmaqdır”.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.