11 yanvar 2013 00:38

İsayevin xatirə turnirinə yekun vuruldu (FOTOREPORTAJ)

Yanvarın 10-da “Abu Arena” İdman Kompleksində 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, yarışın iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyulmuşdur.
 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
 
Sonra Şəhidlər xiyabanına gələn idman ictimaiyyətinin nümayəndələri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Müşfiq İsayevin xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzmüşlər.
 
Daha sonra yarışlara start verilmişdir. Turnirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulamışdır. Bildirmişdir ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi ötən il keçirilmiş London Olimpiadasında Azərbaycan idmançıları 10 medal qazanmışlar ki, bunlardan da 7-si güləşçilərin payına düşmüşdür. Bu gün açılış mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.
 
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirmişdir ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olmuşdur. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov yarışın əhəmiyyətini yüksək qiymətləndirmiş, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışmış və idmanın bu növünün respublikamızda inkişafda olduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir konsert proqramı ilə davam etmişdir.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan pəhləvanlar da qalibiyyət uğrunda mübarizə aparmışlar.
 
10 çəki dərəcəsində 129 phələvanın yarışdığı turnirdə qalib və mükafatçılar aşağıdakı kimi müəyyənləşib.
 
42 kq
1. Qulamdjon Abdullayev - Özbәkistan
2. Orxan Abbasov
3. Müşfiq Vәliyev
3. Erbol Dilmaqombetov – Qazaxstan
 
46 kq
1. Fazil Hәsәnov
2. Elvin Namazov
3. Nurjan Seytjon - Qazaxstan
3. Mahal Novruzov
 
50 kq
1. Mahir Әmiraslanov
2. Coşqun Mәmmәdov
3. Tofiq Sadıxlı
3. Georgi Pasikaşvili – Gürcüstan
 
54 kq
1. Georgi Kazaraşvili - Gürcüstan
2. Arif Hüseynov
3. Süleyman Vәliyev
3. Ibrahim Әliyev
 
58 kq
1. Mәhәmmәdәli Әliyev
2. Murad Süleymanov
3. Ruslan Abdullayev
3. Mәhәmmәd Hәsәnzadә
 
63 kq
1. Teymur Mәmmәdov
2. Tәbriz Mәmmәdov
3. Rustam Qasanov - Rusiya
3. Nәbi Nuquşov
 
69 kq
1. Abumuslum Muxidinov - Rusiya
2. Tariel Gaphrindaşvili - Gürcüstan
3. Hafiz Xәlәfov
3. Ilyas Jumay – Qazaxstan
 
76 kq
1. Mәhәmmәdrәsul Qazımәhәmmәdov
2. Arsen-ali Musalalıyev - Rusiya
3. Sәnan Әlizadә
3. Şamil Amirov – Rusiya
 
85 kq
1. Turxan Qurbanov
2. Abdul Ibrahimov - Rusiya
3. Rәhman Abdullayev
3. Cavid Sadıqov
 
100 kq
1. Givi Matçaraşvili - Gürcüstan
2. Rüstәm Hacıbәyov
3. Sadiq Ağamalıyev
3. Üzeyir Yusubov

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.