22 dekabr 2012 14:27
AGF ilin ən yaxşılarını mükafatlandırdı (FOTOLAR)
Azərbaycan Güləş Federasiyasında 2012-ci ilə yekun vurulub. Azerisport.az xəbər verir ki, mərasimdə AGF tərəfindən ilin ən yaxşıları müəyyənləşdirilib.
Belə ki, London Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov ilin ən yaxşı sərbəst güləşçi seçilib. London Olimpiya Oyunlarının bürünc mükafatçısı Xetaq Qazyumova isə federasiya tərəfindən avtomobil - "Range Rover" verilib.
London Olimpiya Oyunlarının bürünc medalına sahib olan Emin Əhmədov isə ilin ən yaxşı yunan-Roma güləşçisi seçilib.
London Olimpiya Oyunlarının bürünc mükafatçısı Yuliya Ratkeviç ən yaxşı qadın güləşçisi adına layiq görülüb. Azərbaycan güləş yığmasının böyük məşqçisi Firdovsi Umudov ilin ən yaxşı məşqçisi, Azərbaycan Respublikasının əməkdar məşqçisi, olimpiya dərəcəli hakim Hicran Şərifov isə ilin ən yaxşı hakimi mükafatını qazanıb.
Mərasimdə həmçinin, AGF-nin elan etdiyi fotomüsabiqənin qalibləri də mükafatlandırılıb.
