23 noyabr 2012 16:24
Qaliblər müəyyənləşdi (FOTO)
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə elan edilən “İdman ili” çərçivəsində geniş ictimaiyyətin güləş idman növünə və güləşçilərimizin nailiyyətlərinə diqqətini artırmaq və idman foto-jurnalistikasını inkişaf etdirmək məqsədilə Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan etmişdi. Azerisport.az xəbər verir ki, müsabiqə 12-13 may 2012-ci il tarixdə Bakıda keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışı zamanı keçirilib.
Müsabiqəyə müraciət edən 20-yə yaxın fotoqraf 400-ə qədər foto təqdim edib. İki mərhələli seçim prosesindən sonra elan edilmiş nominasiyalar üzrə qaliblər müəyyənləşib.
Qaliblərin mükafatlandırılması dekabr ayında ilin yekunlarına dair təşkil olunacaq mərasimdə baş tutacaq.
Qalib gəlmiş fotoları təqdim edirik.
