16 noyabr 2012 12:11

Azərbaycanlı məşqçi dünyanın ən yaxşısıdır

Noyabrın 15-də Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Güləş Federasiyası – FİLA-nın sərbəst güləş üzrə məşqçilər assosiasiyasının seminarı öz işinə başlayıb. Azerisport.az xəbər verir ki, tədbirdə FİLA prezidenti Rafael Martinetti və qurumun baş katibi Mişel Düsson da iştirak edir.
 
Məşqçiləri giriş sözü ilə salamlayan FİLA prezidenti seminarı bizlər üçün qürurverici hadisə ilə başladı. O, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi Firdovsi Umudova 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi üçün hazırlanan xüsusi kuboku, qızıl medalı və müvafiq sertifikatı təqdim etdi.
 
Məlumat üçün bildirək ki, FİLA-nın texniki komitəsi Beynəlxalq Federasiyanın məşqçilər assosiasiyasına üzv olan bütün məşqçilərin il ərzində fəaliyyətini diqqətlə izləyir və ilin yekununa əsasən dünyanın ən yaxşısını müəyyənləşdirir. 2008-ci ildən etibarən məşqçilər assosiasiyasının üzvü olan Firdovsi Umudov isə Azərbaycan sərbəst güləşçilərinin London Yay Olimpiya oyunlarında əldə etdiyi möhtəşəm uğurda böyük pay sahibi olduğu üçün bu mükafata layiq görülüb.
 
Seminarın gedişində idmançılarımızın 4 illiyin zirvə yarışındakı çıxışı da xüsusi müzakirə mövzusu oldu. Yarışın statistik məlumatları açıqlanarkən bildirildi ki, Pekin olimpiadası ilə müqayisədə yığma komandamız inkişaf tempinə görə dünyanın ən qabaqcıl güləş ölkəsinə çevrilib.
 
Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovun Londondakı çıxışlarını əks etdirən videogörüntülərin təhlili isə seminar iştirakçılarının böyük marağına səbəb oldu və FİLA nümayəndələri onların hər ikisini dünya güləşinin nadir inciləri adlandırdılar. Seminar noyabrın 18-də yekunlaşacaq. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.