13 noyabr 2012 13:55
Azərbaycan yığması beynəlxalq turnirdə çıxış edəcək
Noyabrın 17-də Minskdə Yunan-Roma güləşi üzrə ənənəvi beynəlxalq “Olimpiya çempionu Oleq Karavayevin memorialı” turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, iki dəfə dünya çempionu olmuş Oleq Karavayevin xatirəsinə həsr edilmiş komanda birinciliyi bu il sayca 19-cu dəfə keçirilir.
Builki turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Litva, Fransa, Gürcüstan, ABŞ, Polşa, Belarus və Qazaxıstan komandaları iştirak edəcəklər.
