11 noyabr 2012 20:20
Azərbaycan Avropa Millətlər Kubokunda ikinci oldu
Moskvada “Avropa Millətlər Kuboku” yarışları başa çatıb. Azerisport.az xəbər verir ki, reqlamentə əsasən, yarışların ikinci və üçüncü günündə sərbəst və yunan-Roma güləşi üzrə görüşlər keçirilib.
Azərbaycan güləşçiləri yunan-Roma növü üzrə yarışlarda iştirak edib. Püşkatmanın nəticələrinə əsasən, Ukrayna və Ermənistan komandaları ilə eyni qrupda yer alıb. Digər yarımqrupda isə Rusiya, Bolqarıstan və Macarıstan komandaları mübarizə aparıb. Qrupda keçirdiyi hər iki görüşü qələbə ilə başa vuran güləşçilərimiz finala vəsiqə qazanıb. Finalda komandamızın rəqibi Rusiya güləşçiləri olub. Güləşçilərimiz görüşü məğlub başa vurub və Avropa Millətlər Kubokunda ikinci yeri tutub.
Yunan-Roma güləşi üzrə yığma komandamız yarışda böyük məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında iştirak edir. Heyətdə Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.
Qrup mərhələsi
AZƏRBAYCAN - UKRAYNA 4:3
55 kq. Orxan Əhmədov - Yuriy Koval (3:0, 1:0)
60 kq. Sakit Cəlilov - Konstantin Balitskiy (3:0, 3:0)
66 kq. Həsən Əliyev - Denis Demyankov (1:0, 1:0)
74 kq. Elvin Mürsəliyev - Dmitro Pışkov (3:0, 1:0)
84 kq. Rafiq Hüseynov - Jan Belenyuk (0:1, 1:2)
96 kq. Araz Həsənov - Sergey Rutenko (0:1, 0:1)
120 kq. Zaur Mehrəliyev - Yevgeniy Orlov (0:1, 0:2)
AZƏRBAYCAN - ERMƏNİSTAN 6:1
55 kq. Orxan Əhmədov - Qevorq Qəribyan (1:0, 2:0)
60 kq. Sakit Cəlilov - Avik Qriqoryan (1:0, 1:0)
66 kq. Rəsul Çunayev - Saakyan (2:0, 0:1, 3:0)
74 kq. Elvin Mürsəliyev - Karapet Çalyan (2:1, 0:3, 1:0)
84 kq. Rafiq Hüseynov - Minasyan (0:3, 4:0, 5:0)
96 kq. Araz Həsənov - Artur Aleksanyan (0:1, 0:2)
120 kq. Zaur Mehrəliyev - Vaçik Yeğizaryan (1:0, 1:0)
FİNAL
AZƏRBAYCAN - RUSİYA 0:7
55 kq. Orxan Əhmədov - Bekxan Mankiyev (0:6, 2:0, 0:2)
60 kq. Sakit Cəlilov - Minqiyan Semyonov (1:1, 0:3, 0:4)
66 kq. Həsən Əliyev - İslambek Albiyev (0:3, 0:1)
74 kq. Rəsul Çunayev - Aleksandr Çexirkin (6:4, 0:1, 0:2)
84 kq. Rafiq Hüseynov - Əzəmət Bikbayev (0:2, 0:1)
96 kq. Araz Həsənov - Nikita Melnikov (0:4, 0:1)
120 kq. Zaur Mehrəliyev - Əlixan Eyyubov (0:4, 1:1)
