10 noyabr 2012 00:01

Yığmamız Avropa Millətlər Kubokunda ikinci oldu

Moskvada Avropa Millətlər Kuboku yarışları start götürüb. Azerisport.az xəbər verir ki, reqlamentə əsasən, yarışların ilk günündə qadın güləşçiləri mübarizə aparıb. 
 
Püşkatmanın nəticələrinə əsasən, Rusiya və İsveç komandaları ilə eyni qrupda yer alan Azərbaycan yığması hər iki görüşdə qalib gələrək finala yüksəlib. Azərbaycan güləşçiləri Rusiya üzərində 4:3, İsveç üzərində 6:1 hesablı qələbə qazanıb.
 
Finalda güləşçilərimizin rəqibi Ukrayna təmsilçiləri olub. Ancaq bu qarşılaşmada güləşçilərimiz 5:2 hesabı ilə uduzub və Avropa Millətlər Kubokunun gümüş medalını əldə edib.
 
Qadın güləşçilərin yarışında ölkəmizi böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), İrina Netreba (59 kq), Anna Belyayeyva (63 kq), Natalya Palamarçuk (67 kq) və Dina İvanova (72 kq) təmsil edib.
 
Qrup mərhələsi
AZƏRBAYCAN – RUSİYA 4:3
48 kq. Patimat Baqomedova – Valeriya Çepsarakova 0-1,1-0,2-0
51 kq. Anjela Doroqan – Alyona Adaşinskaya 0-2,  Doroqan tuşe ilə qalib gəldi.
55 kq. Yarina Dubrovska – Valentina Brik 2-2, Brik tuşe ilə qalib gəldi.
59 kq. İrina Netreba – Yekaterina Melnikova 1-0, 1-1, 1-0
63 kq. Anna Belyayeva – İnna Trajukova 0-1, 0-4
67 kq. Natalya Palamarçuk – Svetlana Babuşkina 1-2,  Palamarçuk tuşe ilə qalib gəldi.
72 kq. Dina İvanova – Natalya Vorobyova, Vorobyova tuşe ilə qalib gəldi.
 
İSVEÇRƏ – AZƏRBAYCAN 1:6
48 kq. Viktoriya Cepson – Patimat Baqomedova 0-5, Baqomedova tuşe ilə qalib gəldi.
51 kq. Frederika Peterson – Anjela Doroqan 0-5, Doroqan tuşe ilə qalib gəldi.
55 kq.  Güləşçi yoxdur – Yarina Dubrovska
59 kq. Liza Holqesson – İrina Netreba,  Holqesson tuşe ilə qalib gəldi.
63 kq. Henna Yohansson – Anna Belyayeva 0-5
67 kq. Evelina Qrıvik – Natalya Palamarçuk 2-1, Palamarçuk tuşe ilə qalib gəldi.
72 kq. Güləşçi yoxdur  – Dina İvanova
 
FİNAL
AZƏRBAYCAN – UKRAYNA 2:5
48 kq. Patimat Baqomedova – Aleksandra Kohut 1:0, 1:0
51 kq. Anjela Doroqan – Nataliya Pulkovskaya 0:1, 0:1
55 kq. Yarina Dubrovska – Nataliya Sinişin 0:1, 0:2
59 kq. İrina Netreba – Anna Vasilenko 0:1, 3:4
63 kq. Anna Belyayeva – Yuliya Ostapçuk 1:0, 3:1
67 kq. Nataliya Palamarçuk – Alina Stadnik, Stadnik tuşe ilə qalib gəldi.
72 kq. Dina İvanova – Katerina Burmistrova, Burmistrova tuşe ilə qalib gəldi.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.