10 noyabr 2012 12:45
Azərbaycan Avropa Millətlər Kubokunda Ermənistanla üz-üzə!
Moskvada “Avropa Millətlər Kuboku” yarışları davam edir. Azerisport.az xəbər verir ki, reqlamentə əsasən, yarışların ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilir.
Azərbaycan güləşçiləri yunan-Roma növü üzrə yarışlarda iştirak edir. Püşkatmanın nəticələrinə əsasən, Ukrayna və Ermənistan komandaları ilə eyni qrupda yer alıb. Digər yarımqrupda isə Rusiya, Bolqarıstan və Macarıstan komandaları mübarizə aparır.
Final görüşləri noyabrın 11-də keçiriləcək.
Yunan-Roma güləşi üzrə yığma komandamız yarışda böyük məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında iştirak edir. Heyətdə Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.
