7 noyabr 2012 00:58
Yığmamız Dağıstanda iki medal qazandı
Dağıstanın Qızılyurt şəhərində sərbəst güləş üzrə Olimpiya çempionu Hacımurad Maqomedovun mükafatları üzrə altıncı beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə Dağıstan idmançıları ilə yanaşı, Azərbaycan, Rusiya, Fransa və Latviyadan olan pəhləvanlar da birincilik uğrunda mübarizə aparıblar.
Turnirdə 1996-1997-ci təvəllüdlü 117 güləşçi yarışıb. Azərbaycan güləşçilərindən Vurğun Hüseynov (50 kq) gümüş, Azər Hüseynov (50 kq) isə bürünc medal qazanıb.
