29 oktyabr 2012 16:02

Millimiz Avropa Millətlər Kubokuna gedir

Noyabrın 9-11-də Moskva şəhərində "Avropa Millətlər Kuboku" yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, reqlamentə əsasən, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatında komanda hesabında 1 və 6-cı yerləri tutan ölkələr iştirak edə bilərlər.
 
Cari ilin 6-11 mart tarixində Serbiyanın Belqrad şəhərində keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 3-cü, qadın güləşçilərimiz isə 4-cü olaraq "Avropa Millətlər Kuboku" yarışlarında iştirak hüququ qazanıb. Sərbəst güləş yığmamız isə Avropa çempionatında 8-ci olub.
 
Qadın güləşçilərin yarışında ölkəmizi böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeyva (63 kq), Natalya Palamarçuk (67 kq) və Dina İvanova (72 kq) təmsil edəcək.
 
Yunan-Roma güləşi üzrə yığma komandamız yarışda böyük məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında iştirak edəcək. Heyətdə Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.
 
Yarışın proqramına əsasən, noyabrın 9-da qadın güləşçilər, noyabrın 10-11-də isə sərbəst və yunan-Roma güləşi üzrə komandalar mübarizə aparacaq. Qadın güləşçilərin yarışında Azərbaycan güləşçiləri Rusiya, İsveçrə, Ukrayna, Polşa və Rumıniya təmsilçiləri ilə qurşaq tutacaq. Yunan-Roma güləşi üzrə yarışlarda isə Azərbaycanın rəqibləri Rusiya, Bolqarıstan, Macarıstan, Ukrayna və Ermənistan komandaları olacaq.
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev və İnitqam Əliyev təmsil edəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.