20 oktyabr 2012 16:54

Yeniyetmə və gənc güləşçilər mükafatlandırıldılar

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində ölkəmizi Avropa və Dünya çempionatlarında uğurla təmsil etmiş yeniyetmə və gənc güləşçilərin mükafatlandırılma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov tədbirdə çıxış edərək, yeniyetmə və gənc güləşçilərimizin bu il Avropa və Dünya çempionatlarındakı uğurlu nəticələrindən bəhs edib, idmançıları, onların valideynlərini və məşqçilərini təbrik edib.
 
“Yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın qazandıqları bu nailiyyət ölkəmizdə güləş idman növünün yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir. Bu gün mükafatçılar sırasına düşən yeniyetmə və gənclərimiz 2016-cı il Olimpiya Oyunlarında yığma komandanın əsas heyətində yer alacaqlar. Bunun üçün onlar əzmlə, səylə çalışmalı, nizam-intizamlı olmalı, məşqçilərin tapşırıqlarına əməl etməli, bugünkü uğurları davam etdirməklə həm Federasiya rəhbərliyinin, həm də valideynlərinin ümidlərini doğrultmalıdırlar”.
 
Valideynlər adından çıxış edən SSRİ idman ustası Elşad Quliyev bütün mükafat qazanan idmançıları təbrik edib. “Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısı sayəsində bu gün Azərbaycan idman ölkəsinə çevrilib. Azərbaycan Güləş Federasiyasının həm paytaxtda, həm də bölgələrdəki fəaliyyəti göz qabağındadır. Federasiya tərəfindən bölgələrdə yeni güləş zallarının açılması yeni güləşçi nəslinin ortaya  çıxmasına imkan verir. Görülən bu işlərə görə həm dövlət başçımıza, həm də federasiya rəhbərliyinə bütün valideynlər adından təşəkkürümüzü bildiririk”.
 
Daha sonra güləşçilər mükafatlandırılıb. Mükafatları Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov, Cavanşir Qurbanov və olimpiya çempionu Fərid Mansurov təqdim edib.
 
Xatırladaq ki, Taylandın Pattaya şəhərində keçirilən gənclərin Dünya çempionatını güləşçilərimiz 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.Polşanın Katovitse şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında yığmamız 18 medal qazanıb. Bu medallardan 3-ü qızıl, 9-u gümüş, 6-sı isə bürünc olub. Bakıda keçirilən Dünya çempionatında isə 19 medal – 9 qızıl, 5 gümüş və 5 bürünc qazanan güləşçilərimiz güləş tarixində yeni səhifə açıb. Qazanılan bu uğurlar gələcək üçün ümidli olmağa inam yaradır.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.