19 oktyabr 2012 16:25

Respublika seçim turnirlərinin final mərhələsi başlayır

21-23 oktyabr 2012-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi, oktyabrın 24-25-də isə gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışların proqramına əsasən, oktyabrın 20-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində saat 15.30-da güləşçilərin çəki prosesi həyata keçiriləcək.  Turnirin rəsmi açılış mərasimi oktyabrın 21-də, saat 17.00-da gerçəkləşəcək.
 
Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər iştirak edəcək.  İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
 
Proqram
 
21 oktyabr
42, 46, 50, 54, 58, 63 və 69 kq yunan-Roma güləşi üzrə yeniyetmələr
 
22 oktyabr
76, 85 və 100 kq yunan-Roma güləşi üzrə yeniyetmələr
42, 46, 50, 54, 58, 63 və 69 kq sərbəst güləş üzrə yeniyetmələr
 
23 oktyabr
76, 85 və 100 kq sərbəst güləş üzrə yeniyetmələr
38, 40, 43, 46, 49, 52, 56, 60, 65 və 70 kq yeniyetmə qızlar
 
24 sentyabr
50, 55, 60, 66, 74, 84, 96 və 120 kq sərbəst güləş üzrə gənclər
 
25 sentyabr
50, 55, 60, 66, 74, 84, 96 və 120 kq yunan-Roma güləşi üzrə gənclər

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.