10 oktyabr 2012 15:53
Bakı birinciliyinin qalibləri müəyyənləşdi
Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-roma güləşi üzrə 1993-95-ci il təvəllüdlü gənclər arasında Bakı şəhər birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan və 2 gün davam edən yarışda paytaxtın bütün klub və cəmiyyətlərini təmsil edən gənc güləşçilər mübarizə aparıb. FİLA-nın mövcud qaydaları əsasında keçirilən yarış 8 çəki dərəcəsində təşkil olunub.
Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan güləşçilər oktyabrın 24-25-də baş tutacaq «Hünər Meydanı» respublika turnirində iştirak hüququ əldə ediblər.
