1 oktyabr 2012 13:15
Yığmamız Batumidən 3 qızıl medalla qayıdır
Sentyabrın 27-dən 29-na qədər Gürcüstanın Batumi şəhərində Dünya çempionu Muxran Vaxtanqadzenin xatirəsinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın 3 üzvü iştirak edib.
Məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirə yollanan güləşçilərimizin hər biri fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Belə ki, 50 kq çəkidə Kərim Cəfərov, 60 kq-da Murad Məmmədov və 66 kq çəkidə mübarizə aparan Amil Əhmədov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatını əldə edib.
