30 sentyabr 2012 13:56

Yığmamız dünya çempionatını medalsız başa vurdu

Kanadanın Strazqona şəhərində qadın güləşçilərin Dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatda iştirak edən komandamızın üzvlərindən ikisi medala yaxın olsalar da, son anda bu şansı əldən verib və beşinci yerlə kifayətləniblər. Digər güləşçilərimiz isə uğursuzçıxış ediblər.
 
48 kq çəkidə mübarizə aparan Patimat Baqomedova yarışa kanadalı rəqibi üzərində (1:0, 1:0) qələb ilə başladı. İkinci görşündə Rumıniya təmsilçisi ilə gərgin keçən görüş də güləşçimizin (3:3, 0:3) qələbəsi ilə tamamlanıb. Yarımfinal görüşündə yaponiyalı Eri Tosaka ilə görüş isə Patimat üçün (0:1, 1:2) uğurlu alınmayıb. Bürünc medal uğrunda görüşdə Almaniya güləşçisi Jaklin Şellin ilə üç hissədə keçən gərgin görüşdə Patimat Baqomedova xal hesabı ilə öndə olsa da, yekunda məğlub olub və 5-ci yerdə qərarlaşıb.
 
51 kq-da mübarizə aparan Anjela Doroqan yarışa 1/8 finalda ABŞ təmsilçisi Alissa Lampe ilə görüşlə başlayıb. Ancaq görüş təmsilçimiz üçün uğurlu olmayıb.
 
55 kq çəkidə güləşən Yarina Dubovska elə ilk görüşdəcə məğlub olub. Polşalı Katarina Kravçik (5:1, 4:0) tam üstünlüklə qalib gəlib. 
 
59 kq-da Yuliya Ratkeviçin 1/8 finaldakı rəqibi Türkiyə güləşçisi Elif Jale Yeşilirmak olub. Güləşçimiz bu görüşü (3:0, 3:0) qələbə ilə başa vurub.  ¼ finalda Böyük Britaniya təmsilçisi Olqa Butkeviçlə gərgin keçən görüşdə güləşçimiz (0:1, 1:0, 5:1) məğlub olub.
 
63 kq çəkidə mübarizə aparan Anna Belyayeva ardıcıl olaraq Rumıniyadan olan Andrea Simonu (1:0, 2:3, 0:1) və Çexiyadan Mixala Spustovanı (0:3, 0:6) məğlub etsə də 1/4 finalda Çin təmsilçisinə (0:4, 0:1) məğlub olub və mübarizəni dayandırıb.
 
67 kq-da Nadya Sementsova ilk olaraq 1/8 finalda İsveç təmsilçisi Katarina Yohanssonla görüşdən (1:0, 1:0) qalib ayrılsa da, ¼ finalda Kanada təmsilçisi Erzsebet Doroti Yeatsa (0:1, 2:5) uduzub.
 
72 kq çəki dərəcəsində Natalya Palamarçukun 1/8 finalda rəqibi qazaxstanlı Gözəl Manyurovaya (5:0, 7:0) məğlub olub.  Rəqibinin finala çıxması təmsilçimizə medal şansı yaradıb. Ancaq Natalya bu şansdan da yararlana bilməyib. Belə ki, braziliyalı rəqibi ilə təsəlliverici görüşdən (1:0, 2:0) qalib ayrılsa da, güləşçimiz bürünc medal görüşündə belaruslu Vasilisa Marzalyukla (0:1, 1:4) bacarmayıb.
 
Beləliklə, Kanadanın Strazbqona şəhərində keçirilən qadınların Dünya çempionatında güləşçilərimizdən heç biri medalçılar sırasına düşə bilməyib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.