23 sentyabr 2012 00:39
Azərbaycan ikinci gündə dörd medal qazandı
Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” turnirinin final mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, sentyabrın 22-də turnirdə qadın güləşi üzrə yarışlar keçirilib.
Azərbaycan idmançıları dörd medal qazanıblar. 48 kiloqramadək çəki dərəcəsində Şəfəq Muradzadə üçüncü yeri tutub.
Anjela Doroqan isə (51 kiloqram) ikinci olub.
59 kiloqramadək çəkidə bürünc mükafatı İrina Netreba (59 kiloqram) qazanıb.
Qızıl medalı Nadejda Sementsova (67 kiloqram) əldə edib. Finalda o, amerikalı Veronika Karlsona qalib gəlib.
