20 sentyabr 2012 15:43

Yığmamızın Qızıl Qran Pri üçün heyəti açıqlandı

21-23 sentyabr 2012-ci il tarixdə Bakıda keçiriləcək Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsində iştirak edəcək Azərbaycan yığma komandasının heyəti məşqçilər korpusu tərəfindən müəyyənləşdirilib. Azerisport.az xəbər verir ki, ilk gün keçiriləcək sərbəst güləş yarışlarında yığma komandamızın heyətində 23 güləşi medallar uğrunda mübarizə aparacaq.
 
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında 55 kq çəki dərəcəsində Namiq Sevdimzadə, Yaşar Əliyev, Nicat Muradov, Azər Paşayev və Cəlal Süleymanov, 60 kq-da Hacı Əliyev, Ağahüseyn Mustafayev, Coşqun Əzimov və Ramin Ələkbərov, 66 kq-da Məhəmməd Müslümov, Elmir Qəmbərov, Emin Əzizov və Hacımurad Ömərov qüvvələrini sınayacaq. Əşrəf Əliyev, Aleksandr Qostiyev, Zaur Ələkbərov 74 kq-da, İlya Xamikoyev və Roman Bəkirov 84 kq-da xalça üzərinə çıxacaq. 96 kq çəkidə Aslanbek Alborov, Hacı Əlicanov və İlham Abidov, 120 kq çəkidə isə Aslan Cebişov və Əli İsayev mübarizə aparacaq.
 
Sentyabrın 22-də keçiriləcək qadın güləşçilərin mübarizəsində yığma komandamız 10 güləşçi ilə təmsil olunacaq. Əsas yığma komandanın üzvləri Kanadada keçiriləcək Dünya çempionatında iştirak edəcəyindən məşqçiləri korpusu bu yarışda əsasən ehtiyat qüvvəyə şans verəcək. Baş məşqçi əvəzi Maqomed Aliomarov, böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərliyi altında heyətdə Patimat Baqomedova (48 kq), Anjela Doroqan, Kəmalə Əliyeva (hər ikisi 51 kq), Yarina Dubovska, Solmaz Həşimzadə (hər ikisi 55 kq), İrina Netreba (59 kq), Anna Belyayeva (63 kq), Nadya Sementsova, Gözəl Zutova (hər ikisi 67 kq) və Natalya Palamarçuk (72 kq) yer alıb.
 
Yarışların son günündə yunan-Roma güləşi üzrə yığma komandamız baş məşqçi Salih Bora, böyük məşqçi Şaban Donat, məşqçilər Muttalib Yerlikaya və Turac Hüseynlinin rəhbərliyi altında 21 güləşçi ilə mübarizə aparacaq. 55 kq-da Elçin Əliyev, Taleh Məmmədov, Orxan Əhmədov, Vilayət Qəhrəmanlı və Xurşud Babaşov, 60 kq-da Kamran Məmmədov və Sakit Cəlilov, 66 kq-da Həsən Əliyev, Rüstəm Əliyev, Azad Əliyev və Rəsul Çunayev ölkəmizi təmsil edəcək.  Elvin Mürsəliyev, Niyaməddin İbrahimov və Samuray Mustafayev 74 kq, Hamzat Yusubov, Rafiq Hüseynov və Rüfət Hüseynov 84 kq, Şalva Qadabadze, Araz Həsənov və Murtuza Tağıyev 96 kq, Radomir Petkoviç isə 120 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
 
Xatırladaq ki, sentyabrın 21-də ilkin görüşlər Bakı vaxtı ilə saat 13.00-da, turnirin rəsmi açılış mərasimi saat 17.00-da başlayacaq. Görüşlər İdman-Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.